Vəchində peydadır sənin ənvari-zati-kibriya,Ol nurə qarşı daima şərməndədir şəmsüzzüha.
Leyli cəmalından cüda Məcnun kimi sərgəştəyəm,Fərhadivar istər könül Şirin dodağından şəfa.
Cami-müsəffadən mənə saqi içirdi bir qədəh,Sufi nə bilsin mən necə ol camdən buldum səfa.
Hər kim ki, tövhid əhlidir, ol didü vadid əhlidir,Ruzi-əzəldən ta əbəd istər kəmali-müntəha.
Eynəl-yəqin həq sirrinə idrak edən insan mənəm,Ey mə’rifətdən bixəbər, insafa gəlgil, biriya.
Canı, cahanı sənsizin neylər Nəsimi xəstədil,Səndən müdam ehsan umar, çün kim, gədadır binəva.