Ta üzün gördüm, nigara, qəmdən azad olmuşam,Qulluğunda padişahım, hüsnünə şad olmuşam.
Gəlmişəm didarına ta canımı qurban edəm,Ey dodağı, cani-Şirin, gör nə Fərhad olmuşam.
Ta camalın müshəfindən oxuram səb’ül-məsan,Səb’əxanam, hafizəm, təfsirdə ustad olmuşam.
Laməkanın eyni-mə’murundan oldun, ey həbib,Laməkan əsasına gör kim, nə bünyad olmuşam.
Qamətindən ta iraq etdi məni dövri-fələk,Həsrətindən mən qulami-sərvi-azad olmuşam.
Çün səni gördü Nəsimi der bəavazi-bülənd:Eşq ilə mən aşinayəm, əql ilə yad olmuşam.