Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Şəha, könlüm pərişan oldu sənsiz

Şeirlər
Şəha, könlüm pərişan oldu sənsiz,Cigərim dopdolu qan oldu sənsiz.
Yəqindir səndən ayrı, şahi-xuban,Bu könlüm təxti viran oldu sənsiz.
Kimə bənzərsən ey sən, mahpeykərKi, aləm bəndi-zindan oldu sənsiz.
Gözüm yaşı cahanı tutdu, ey can,Görən aydır ki, tufan oldu sənsiz.
Nəsimi quluna qıl çarə, dərmanKi, canlı gəldi, bican oldu sənsiz.