Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Rəvanmıdır, rəvamıdır, həbibi

Şeirlər
Rəvamıdır, rəvamıdır, həbibiKi, oda yandırasan mən qəribi?
Məni bu dərdi-eşqə sən buraxdın,Yenə sənsən bu dərdimin təbibi.
Cəmalın gülşənindən haşalillahKi, məhrum döndərəsən əndəlibi.
Qaşın mehrabına baş qoymayanlarMəgər boynunda bağlıdır səlibi.
Canımdan kəsmişəm, dilbər, ümidi,Vəli səndən kəsə bilməm rəqibi.
Yaza kirpiklərin, nəsrən minallah,Oxur dodaqların fəthən qəribi.
Nəsiminin bu xublar filqətindənCəfavü dərd imiş ancaq nəsibi.