Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Qaşın vəhyi bizə bürhan irişdi

Şeirlər
Qaşın vəhyi bizə bürhan irişdi,Üzündə tə’vili-fürqan irişdi.
Üzündür həq kitabı-vəhyi-mürsəl,Zəhi dövlət sana həqdən irişdi.
Qaşınla kirpigin Turun dağındaNecə bir Musiyi-Imran irişdi.
Aşiq öz dərdinə çün buldu dərman,Həzaran hikməti-Loğman irişdi.
Necə bir hikmət ilə tökdü qanın,Neçənin dərdinə dərman irişdi.
Fənayi-mütləq oldum eşq içində,Əzəldən çün tənə ol can irişdi.
Itirmə Misrini sən, ey Nəsimi,Bu Misrə Yusifi-Kən’an irişdi.