Könül sarayına mehri buraxdı ta tabi,Gözümdən oğru xəyalın oğurladı xabı.
Cigər damarı gözündən yol eyləmiş çeşmə,Bu babdən cigəridir bu çeşmənin abı.
Müdam cami-ləbin həsrətindən axar yaş,Bəbəkləri qədəhindən şərabi-innabı.
Gözüm səvadinə girmiş bənin kimi nəqşin,Qaranqudan necə bulmuş bu oğru ol babı?
Cəmalını diləyən ayə iltifat etməz,Kim arzulaya günəşin qatında mehtabı?
Şərabi-lə’linə saqi əcəb, nə qatmışdırKi, bixud edərü mədhuş şeyx ilə şabı?
Götür niqabı, cahanı cəmali-hüsn ilə dutKi, bəylik etməyə cəm eyləmişdir əsbabı.
Təbəssümə gəlicək gül kimi dodaqların,Ziyafətində qılır qərqə şəkkəri-nabı.
Fəraqi-cövrünə qatlan, Nəsimi, gəl səbr et,Ola ki, açıla bir gün vüsal əbvabı.