Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz

Şeirlər
Həsrət yaşı hər ləhzə qılır bənzimizi saz,Bu pərdədə kim, nəsnə bizə olmadı qəmsaz.
“Üşşaq” meyindən qılalı işrəti-”Novruz”,Ta “Rast” gələ çəngi-”Hüseyni”də sərəfraz.
Ba “Çargahi” lütf qıl, ey hüsnü “Büzürgi”,“Kuçik” dəhənindən bizə, ey dilbəri-”Tənnaz”.
“Zəngulə” sifət nalə qılam zar “Segaha”,Çün əzmi-”Hicaz” eyləyə məhbubi-xoşavaz.
Ahəngi-”Sifahan” qılır ol nami-”Əraqi”,“Rəhavi” yolunda yenə canım qıla pərvaz.
Könlümü “Hisar” eylədi ol ruhi-”Mübarğə”,Gəl olma “Müxalif” bizə, ey dilbəri-”Şahnaz”.
Çun “Şurə” gəlib eşq sözün qıla Nəsimi,Şövqündən anın cuşa gəlir Sə’diyi-Şiraz.