Həbiba, firqətin saldı məlalə,Kabab oldu ürəgim həmçü lalə.
Nəsib olmuş mənə həqdən, nigara,Dilimdə gecə-gündüz ahü nalə.
Qaşın mehrabinə qıldım sücudi,Vəli münkir olan düşdü zəlalə.
Rəqibin olmasın məqsudu hasil,Əliftək qəddimi ol saldı dalə.
Boyun tuba, ləbindir abi-kövsər,Yüzün tə’nə qılır şəmsü hilalə.
Mən ol qəvvas təki can tərkin etdim,Sənin çöhrəndəki ol xəttü xalə.
Yer ilə göy bina olmazdan əqdəmNəsimi aşiq idi ol cəmalə.