Ey üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəliSurətin nəqşidürür Qur’anımız.
Surəti-həqdir cəmalın, ey nigar,Uş nəbinin sözləri bürhanımız.
Xızr əgər zülmətdə istər abını,Ləblərindir çeşmeyi-heyvanımız.
Şol səfasız sufiyi gör kim, necəDəm urar bimə’rifət heyvanımız.
Favü zadü lamdır Fəzli-ilah,Fəzlinə qurban edəlim canımız.
Hökmünə təslim olur canü könül,Ey vücudum təxtinə sultanımız!
Ey Nəsimi, gövhərin xərc eyləmə,Olmayınca müştəri cananımız.