Ənbərin zülfün, nigara, bağladı divanəni,Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.
Ey üzün qədrü cəmalın rəhmətən lil-aləmin,Məscidə varman bu gün, arzulaman meyxanəni.
Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs,Aşiqə sun arifanə, saqiya, peymanəni.
Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək,Gərçi məndən eşidərsən şeyx həm mövlanəni.
Ey Nəsimi, satmagil sən cahilə dürri-ədən,Cahilü nadan nə bilsin qiyməti-dürdanəni.