Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Əcəb lə'linmi şol, ya cahi-əhbab?

Şeirlər
Əcəb lə’linmi şol, ya cani-əhbab?Əcəb zülfünmü, ya zənciri-pürtab?
Gözümdən axan, ey dilbər, qəmindənƏcəb xunabəmi, ya əşki-innab?
Əcəb qəddinmi şol, ya sərvi-bustan,Əcəb xəddinmi şol, ya vərdi-sirab?
Əcəb eyninmi şol, ya sehri-Babil,Əcəb dişinmi şol, ya lö’löi-nab?
Əcəb üzünmü şol, ya xirməni-gül,Əcəb qaşınmı şol, ya taqi-mehrab?
Əcəb şol məsti-sevdayi-moğolçin,Mənim bəxtimmidir, ya çeşmi-pürxab?
Nəsiminin gözü yarın qəmindənDürün dürcümidir, ya bəhri-simab?