Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz

Şeirlər
Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz,İçdim ləbin şərabını, cam olmadan hənuz.
Gördüm üzünü Kə’bədə əhli-səfa ilə,Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.
Yazmış üzündə sureyi-rəhman ələssəlam,Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.
Gördüm üzünü nuri-təcəllivü şövqünüAyü günəşdən nuri-qiyam olmadan hənuz.
Dürdanə dişlərini nigarın görəndə mən,Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.
Vəchində yazmış idi anın yirmi səkkiz hərf,Xətti-bəyani-hərfü kəlam olmadan hənuz.
Görmüş idi üzündə Nəsimi nişani-həq,Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.