Söz Bulaq loqosu

İmadəddin Nəsimi

Dinin günəşi, dünyada imanım əfəndi

Şeirlər
Dinin günəşi, dünyada imanım əfəndi,Alimlər ümidi, məhi-tabanım əfəndi.
Könlüm, gözümün nuru, vücudumda həyatım,Hər dəm damarımda yeriyən qanım əfəndi.
Cənnət çəmənində salınan huri-nəiminGül rayihəli sərvi-xuramanım əfəndi.
Gülnarımü narım, çiçəyim, meyvəli bağım,Laləm, səmənim, sünbülü reyhanım əfəndi.
Bağım, irəmim, rövzə ilə huri-cinanim,Bülbüllər üçün tazə gülüstanım əfəndi.
Kanım, gühərim, mə’dəni-yaquti-rəvanım,Qiymətli olan lə’li-bədəxşanım əfəndi.
Eşqində Nəsimi çü qılır canını qurban,Qurbanına qurban olayım, canım əfəndi.