Camalın təl’əti gülzara bənzər,Dodağın şərbəti xunxara bənzər.
Nəimin bağıdır gülzari-vəehin,Əgər odlu üzün gülnara bənzər.
Tamaşayi-camalın qulhüvəllah,Üzündən qılmayan hüccara bənzər.
Yanağın cənnətin xəndan gülüdür,Vəli nərgislərin əyyara bənzər.
Vücudun Misri-came’dir, saçın Şam,Xorasanü Əcəm, Bulqara bənzər.
Mənəm əxtər bu Misrü Şam içində,Kəvakib türrəsi timara bənzər.
Nəsiminin vücudu, ya Məhəmməd,Anadır daima iqrara bənzər.