Söz Bulaq loqosu

Hüseyn Cavid

Məndən fələk ayırdı vəfapişə yarimi

XX əsrin qəzəlləri
Məndən fələk ayırdı vəfapişə yarimi,Tar etdi zülfi-yar kimi ruzigarimi.
Səbrim tükəndi, yox qəmi-hicranə taqətim,Hicri-nigar əlimdən alıb ixtiyarimi.
Bir əhli-dərd yoxdu bu viranə şəhrdə,Tainki kəşf edim ona mən hali-zarimi.
Dərdi-fəraq dəhrdə bir müşkül əmr imiş,Ya rəb, tükətdi taqətü səbrü qərarimi.
Bəzmi-vüsalə məhrəm olan vəqtdə bilmədim,Məndən fələk kənar edər ol gülüzarimi.
Bir aşiqəm ki, lalə sifət tuş qılmışam,Tiri-bəlayə mən bu dili-dağdarimi.
Ya rəb, əsib səmumi-cəfa bir dəqiqədə,Qıldı əvəz xəzanə mənim növbaharimi.
Başə əcəl yetişdi, fəraq öldürür məni,Bir görmədim o ahu baxışlı nigarimi.
Hər kəs ki, Arifa, çəkib eşqin bəlasini,Mən eyləməz görəndə mənim ahü zarimi.