Söz Bulaq loqosu

Hüseyn Cavid Maral

Hüseyn Cavid · 4 şeir

Maral

  1. Maral.Vəq’ə bir ay sonra, gündüzün Barjomda vaqe olur. Sağ tərəfdə bir sofa (koridor), solda tək qapılı, iki pəncərəli, küçük, sadə bir oda. Pəncərə önündə bir çarpayı, bir masa, dörd-beş sandalya və masa üzərində bir sürahi, bir-iki qədəh və bir taqım ilac şişələri görünür. Təmmuz... ikindi çağı... Cəmil bəy xəstə olaraq yataqda uyur. Humay (sofada bət-bənizi uçmuş və məhzun bir halda düşünür. Yüzünü göy səmtinə tutaraq). Aman, yarəbbi! Bu nə fəlakətli hal!.. Cəmili azarladığım o mənfur saət, o məş’um dəqiqələr kaş ki, yaranmayaydı!.. Ah, gedib ayaqlarına qapanmaq istiyorum, fəqət, heyhat!..
  2. Maral.Səhnə iki həftə sonra Barjomda səhər vaxtı, pək kənarda açıq və mənzərəli bir guşə ərz edər. Tək-tük sərv ağacları və iki-üç danə də bıçqı ilə kəsilmiş ağac kötüyü görünür. Cəmil bəy əlində bir kitab olduğu halda, Bəypolad ilə bərabər, ağır adımlarla yürüyərək gəlirlər. Uzaqda çoban düdüyü çalınır və bülbül şaqırtısı eşidilir.
  3. Maral.Vəq’ə Qafqasya şəhərlərindən birində vaqe olur. Səhnə: qürub zamanı Turxan bəyin evində divarı, döşəməsi xəlilər ilə süslü, alafranqa bir qəbul odası göstərir. Divarda Şeyx Şamilin rəsmi ilə bir böyük divar saatı və bir ayna asılmış, sağda və solda birər qapı, bağçaya nazir iki-üç pəncərə, iki böyük lampa, sandaliyələr, masalar və sairə...
  4. Maral.Səhnə birinci pərdədə olduğu kibi Turxan bəyin evini göstərir. Salonun bağçaya nazir pəncərələrindən bir-ikisi açıq bulunaraq şairanə bir mənzərə ərz edər. Eylül... Gündüz... Pərdəaçıldıqda Humay Cəmil bəylə bərabər salona daxil olur.