Söz Bulaq loqosu

Hüseyn Cavid Knyaz

Hüseyn Cavid · 5 şeir

Knyaz

  1. Knyaz.İki yıl sonra, Berlində üst qatda, alman zevqinə uyğun süslü bir salon. Sağda, solda və qarşıda balkona açılır birər qapı. Balkon qapısının iki tərəfində birər böyük pəncərə… Balkon və pəncərələrin ətrafında rəngarəng çiçəklər gözləri oqşar. Sağ və sol divarlarda Şiller və Hötenin böyük rəsmləri asılmış. S o l o m o n bir guşədə masa başında yazı ilə məşğuldur. Önündəki kitab və dəftərləri qarışdırıb bir qeyd yapar, həzİranın son günləri. Aqşam… Uzaq qomşuda pianoda lirik parçalar çalınar.
  2. Knyaz.Tiflisdə gürcü zevqinə uyğun xalça və mebellərlə süslü bir salon. Ortada yarıaçılmış ipək pərdəli qapıdan misafir dolu ikinci oda görünür. Içəridə kamançada "şur" çalınar. Şubat gecəsi… Ş a k r o yarımsərxoş olaraq içəridən salona keçər. Digər qapıdan dalğın M a r q o əlində boş təpsi gələr.
  3. Knyaz.Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…
  4. Knyaz.Berlində bir kafe-restoran… Sağda, solda birər qapı… ucda küçük bir səhnə… Səhnənin bir tərəfində beş-altı nəfərlik orkestra. Ən ortada rəqsə məxsus yer… Ətrafda müştərilərə məxsus masa və sandaliyələr… Mayısın ilk günü…
  5. Knyaz.Tiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.