Söz Bulaq loqosu

Hüseyn Cavid

Yaş zindanlar yuvamız

XX əsrin şeirləri
Yaş zindanlar yuvamız,Fəlakət aşinamız.
Ordular yıxan qurşun,Olmuş bizim qidamız.
Arkadaş, göz aç, aman,Qalx ölüm uyqusundan.
Zülmə çox əydin boyun,Çox əzildin, qalx, oyan!
...Arkadaş, ayıl bir an,Haqsıza olma qurban.
Yetər, miskinlik yetər,Qalx! Oyan, oyan, oyan!..