Söz Bulaq loqosu

Hüseyn Cavid

Vərəmli qız

XX əsrin şeirləri
Sarı gül! Ey şikəstə, solğun nur!Niçin aludeyi-xəyal oldun?!
Çeşmi-nazində başqa rəmz oqunur,Söylə, bir söylə, sən niçin soldun?!
Düşünüb durma böylə incə, dərin;İncəlik, ya dərinlik afətdir.
Nerdə əvvəlki tatlı cilvələrin?Bu nə halət, nasıl qiyafətdir!?
Bən dilərdim ki, cümlə züvvarınSana həmşireyi-səfa deyələr!
Niçin ağlar nigahi-bimarın,Səni qoynunda bəsləmişmi kədər?!
Ah... bilməm nə sehr var səndə,Könül ancaq səninlə nəşə bulur.
Sən mələksin, təvərrüm etsən də,Yenə ruhum sənin əsirin olur.