O kəs kim elmdən məhrum, cəhlilə “fanatik”dir,Demə insan o nadanə ki, bir heyvani-natiqdir.
Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib XaliqKi, bielm olsa insan cinsi-heyvanata lahiqdir.
Nə şər’ə aşina, nə ürfə danadır o nabina,Ona bir yaxşı palanilə bir əfsar layiqdir.
Təkəllumdən səva bielm insanın nə tərcihiKi, hər halətdə heyvanilə hər halı müvafiqdir.
“Əcəb deyil ki, ovçu qaçar ovunun dalınca,Məzəlidir ki, ov qaçar ovçunun dalınca”