Söz Bulaq loqosu

Hüseyn Cavid

Şeyx Sənan

XX əsrin şeirləri
Oyan, ey piri-xoşdil! Qalq, ayıl bir xabi-rahətdən!Qiyamətdir, qiyamət!.. Qalq, oyan, zevq al bu fürsətdən.
Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,Seçilməz şimdi əsla məqbərin gülzari-cənnətdən.
Donanmış hər tərəf pürşölə yıldızlarla... caizdirKi, Tiflis ərş pürəxtərlə dəm vursun rəqabətdən.
Ayıl, ey şeyxi-vəcdavər! Ayıl, baq gör nə aləmdir?Cihan sərməst olub rəqs eyliyor şevqi-şətarətdən.
Uyub sən bir mələksimayə satdın dini, imanı,Atıb ehkami-Quranı, uzaqlaşdın təriqətdən.
Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,Cihan durduqca parlar, yüksəlir, düşməz təravətdən.
Ziyarətgahını gülbusələr təzyin edər hər an,Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.
“Nədir mənası eşqin?!” söyləyənlər nerdə? Bir gəlsin,Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən.
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz hiçdir;Məhəbbətdir, əvət, məqsəd bu pürəfsanə xilqətdən.