Söz Bulaq loqosu

Hüseyn Cavid

Rəqs

XX əsrin şeirləri
Ruhum yenə ləbrizi-səadət...Ya rəb, bu nə tufani-lətafət?!
Göydən yerə enmiş kibi cənnət,Yer-yer saçılır nuri-məsərrət.
Həp qol-qola pirşevqü şətarətRəqs etmədə — azadeyi-sənət —
Ərvahi-lətifi-mələkiyyət.Bilməm bu nə halət, nə qiyafət?
Ya rəb, bu nə səfvət, nə səbahət!Həp şerlə əlhani-zərafət
Məmzuc olaraq sanki bu saət,Qarşımda gülümsər əbədiyyət.
Bu levheyi-ülviyyətə, əlbət,Röya deyəməm, eyni-həqiqət...
Olmaz bu qədər nəşəli röya,Ruhum buna qane deyil əsla.
Heyhat!.. Bu bir səhneyi-sevda...Bir səhneyi-sevda ki, sərapa,
Məczub ona hər bir dili-şeyda,Ərvahi-məlaik belə guya
Eylər onu həsrətlə tamaşa.Ənvarə bürünmüş kibi hər yer,
Ahəngi-məsərrətlə gülümsər;Bin naz ilə hər çöhreyi-dilbər
Ərz etmədə bir nəşeyi-digər;Gözlər, hələ gözlər, hələ gözlər!..
Ya rəb, nə qədər cazibəpərvər!?Ya rəb, nə qədər xariqəgüstər!?
Titrək, dağınıq, şuxü füsunkar,Qumral, sarışın, dalğalı saçlar
Ənzari-tamaşagərə yollarMənsur olaraq bir yığın əşar,
Gahi olub əzvaqlə sərşar,Pürxəndə edər hər ləbi-səhhar,
Parlaq və bəyaz incilər isar.Əfsus ki, ömrüm kibi hər an,
Hər xətvədə bu leyli-zərəfşan,Bir hiçliyə olmaqda şitaban,
Həsrətlə baxıb iştə uzaqdanDan yıldızı guya edər elan:
“Yaqlaşmada artıq dəmi-hicran.Ey məsti-məhasin olan insan!

Al! İştə günəşdən sizə fərman!..”