Söz Bulaq loqosu

Hüseyn Cavid

Qomşu çiçəyi

XX əsrin şeirləri
Sarışın balkonun kənarında,Yazın atəşli zərbəsilə solub
Fəri uçmuş beş-altı saqsı çiçək,Gah bihiss, gah titrəyərək,
Bəkləyir mavigözlü bir mələyinNurdan tökmə nazik əllərini.
Həpsinin hüsni-pürqübarındaArtıyor hər dəqiqə hüzni-qürub;
Gələrək şimdi bir pəriyi-şəbab,Əldə bir dəsti eyliyor sirab;
İştə bayğın baqışlı hər çiçəyin,Güldürür çöhreyi-mükəddərini.
Nə qadar xoş... o nazənin rəftar!Nə dilaşub... o zülfi-zərrintar!
Həp o simayi-şux, o nim nikah,O şəhamətli, atəşin gözlər
Ruhi-əşarə bir təcəlligahOlaraq nuri-etila sərpər.
Bir çiçəkdən seçilmiyor hərgiz,Həm də bir qönçədir ki, pək nadir...
O gül əndamı iştə seyr ediniz!Pənbə güldən gözəl deyil də nədir?!
Mütəsəvvirmidir ki, bir insanOnu görsün də olmasın heyran?