Olubdu qəlbimə hakim mənim məlali-vətən,Başımda şur ilə məskən salıb xəyali-vətən.
Vətən, vətən deyərək hər diyarə səs salıram,Düşərmi bircə dilimdəm mənim məqali-vətən?
Vətən məhəbbətini əmr edibdi peyğəmbər,Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən...
Neçün şərafətini, fəxrini verib əldən,Bu qədər yurduna biganədir ricali-vətən?
Ürək dolubdu nədən, sanki qan piyaləsidir,Tapıbdır əksini qəlbimdə bəlkə hali-vətən?
Zəmanə ötsə də möhnətli, qanlı qəlbimdən,Əminəm, heç də silinməz bu ibtizali-vətən.
Tərəhhüm eylə mənə hühudi-səba, çatdır,Səlamımı eşidə bəlkə növnəhali-vətən.
Gərəkdi əzm ilə, hümmətlə ittihad etmək!Sizinlə bağlıdır iqbalü həm zəvali-vətən.
Əgər sual edələr - Salikin xəyalı nədir?Deyin həqiqəti, ancaq olub maali-vətən.