Söz Bulaq loqosu

Hüseyn Cavid

Mirzə Abdulla Məhəmməd yaxud (A.Sur) – Abdulla Tofiq

Şeir
Cavan öldün, dünyadan kam almadın,Çoq çalışdın, zəhmətdən hiç doymadın,
Əfsus ki, fikrinə qail olmadın,Ağla, qardaş! Ağlamalı günündür!
Çıqarmıyaq yaddan biz tiz onları,Həp vətənə qurban olmuş canları,
Tanrı qəbul etsin bu qurbanları,Ağla, qardaş! Ağlamalı günündür!
İlaxir...Yüksəl ki, yerin bu yer deyildir,
Dünyayə gəliş hünər deyildir.Cümlə millətin ruhinin ruhi,
Cümlə millətin qəlbi-məcruhi.Öz müəllimi, öz ədibidir,
Öz mühərriri, öz ədibidir.Çox yaşa ədib, fikri-millətdə,
Keçdi günlərin xeyli zəhmətdə.Qəbrdə rahət uyu, ey cavan,
Məskənin sənin rövzeyi-rizvan.Ey qardaşlar! Bir zamanlar elmsizlik dumanı,
Cəhalətin gur pəncəsi qaplamışdı hər yanı.O zəhərli havalardan gül yanaqlar solmuşdu,
O gün xain, pis əllərdən vətən xərab olmuşdu.Göylər bizə işıq deyil, yıldırımlar saçırdı,
Günəş, yağmur, sular, sellər bizdən dönüb qaçırdı.Allah belə qəbul etməz oldu bizim qurbanı,
Bizi o gün boğuyordu azğınlığın tufanı.Qur’an nədir, anlamazdıq, vətən nədir, bilməzdik,
Qarşımızda yetimlərin göz yaşını silməzdik.Ağlanacaq bir hal idi kəndimizdə görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.Bu vətənin bunu görən südü təmiz evladı,
Bir qaç kişi o gün bizim qara günü anladı,Ağladılar, sızladılar, yalvardılar Allaha,
Ulu Haqqın rəhmi gəldi könlü sınıq qullara,O gün bizim dağlarımız bir az güldü, şənləşdi,
Bacarıqlı bir qaç qullar zülmətlərlə əlləşdi.Ey qardaşlar! Yurdumuza günəş yeni doğmuşdu,
Bir azacıq, demək olar, dostlar deyən olmuşdu.Ancaq dünən başımıza kölgə salan bir bulut,
Önümüzdə!.. Haqqın varsa, ey daş yürək, gəl unut!..Yoq... Yoq... Sizin məzarınız qəlbimizin ən dərin,
Bir yerində saqlanmışdır, sənin o pak ruhunçin.Bütün dünya alt-üst olsa, bən ki, səni unutmam,
Ay qardaşlar (amin) deyin, Allah bunu əfv etsin.Əli bəy:
Külli nəfsin zaiqət əl-məvt(Əlbəttə, gedər gələn cihanə).