Ehtizaz etmədə hər yanda behişti-nəfəxat,Oqşuyor səhn çəmənzarı yenə ruhi-bahar.
Şəms, o nevzadi-təbiət gülüyor şəşəəbar,Saçıyor hər tərəfə rəngi-səfa, nuri-həyat.
Sanki hər şey gülüyor, ərzü səma həp məsrur,Hər tərəf mevceyi-nur...
Kainatə veriyor nəşə nəsimi-səhəri,Sərvlər qaməti mevzun ilə həp məsti-qürur...
Bir tərəfdə ötüşür şevqü şətarətlə tüyur,Pərdə-pərdə eniyor, yüksəliyor nəğmələri.
Süslənib naz ilə bir yanda gülümsər əzhar,Pürsəfa, ləmənisar...
Gəzinir qarşıda bir tifli-məlahət yalınız...Hər ədasilə o şux aləmi eylər məshur.
İştə, səyyar çiçək denməyə şayan bir qız!Çeşmi-məxmurinə baqdıqca ürək çırpınıyor,
Allah, Allah! Nə qədər ülvi... o mavi gözlər!O səmavi gözlər!
Həp çiçəklərdə təməvvüc edən əlvani-sürur,Əks edib çöhreyi-gülgününə eylər ləman;
Zülfi-zərtarını yaldızlar ilahi bir nur,İştə bir levhə ki, hər zairi eylər heyran;
İştə bir şer ki, hər şairi eylər təltif,Nə qədər şeri-lətif!..
Böyük dərə.