Hər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
Günəşin cilveyi-lətifindənVəcdə gəlməkdə nevərusi-bahar.
Dənizin səfheyi-səma rəngiYenə elmasparələr saçıyor.
Çırpınan ruh için oqur sankiHər kiçik dalğa bir nəşideyi-nur.
Pənbə şəmsiyyəsilə bir dilbər,İştə sahil boyunca sallanaraq,
Süzülən pənbə bir qayıqda yüzər,Bir mələkdir ki, xabgahi-şəfəq...
Mayıs oqşar da gül yanaqlarını,Bayılır, məsti-zevq olub titrər.
Gah öpər möhtəris dodaqlarınıƏndəlibanə tatlı zümzümələr.
Ah... bilməm bu hüsni-xoşəlhan,Hanki qəlbin şüküftə qönçəsidir?
Bu mələk qiz, bu nuri-xoşcərəyanƏcaba, bir dəniz pərisimidir!?