Söz Bulaq loqosu

Hüseyn Cavid

Bu gecə

XX əsrin şeirləri
Dərin-dərin uçurumlar, vərəmli fırtınalar,Bütün-bütün sıqıb əzməkdə ruhumu bu gecə.
Səninlə, ah, sənin yadi-həsrətinlə yanar,Yanar, səni anarım, dilbərim! Fəqət səncə,
Bu bir həyati-müxəyyəl, həzin bir əyləncə...Gözəl mələk! Gecələr daima səmayə baqar,
Qəmərdən, ah... o soluq çöhrədən səni sorarım.Onun ziyayi-rəqiqilə həp uçar, qalqar,
Arar, bulur, səni dinlər kədərli duyğularım,Kəsik təranələrim, həp zəhərli qayğularım.
Bütün cahan uyuyor, kainat həp dalğın...Məgər xəyali-bəidinlə ruhi-məcruhum,
Qəmərdə birləşərək pək acıqlı, pək çılğınBir iştiyaq ilə giryandır, ey mənim ruhum!
Sizin üfüqdə qəmər böylə, pəkmi nazlı doğar?Nədən cəbini-lətifin səhabəpuşi-hicab!?
Hirəmi-nazinə pərvaz edən şüai-nəzərQalır zülami-təhəyyürdə münkəsir, bitab...