Bir zamanlar sənin pənbə kölgəndəPək bəxtiyar idim, nazlı dilbərim.
Hənuz bəxtiyarlıq duyulmaz məndə,Yalnız gülümsərdi məhzun gözlərim.
Ayrılıq nə yaman dərd imiş, aman!Sənsiz halım gündən-günə pərişan,
Vüslət dəmlərini anar də hər an,İzlər yollarını yorğun gözlərim...
Sənsiz bütün duyğularım bunalmış,Zehnim, fikrim durmuş, həp dona qalmış,
Uyqum çəkilmiş, könlümü qəm almış,Yalnız arar səni vurğun gözlərim.