Hər qulun cihanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir ilahı var,Bənim tanrım gözəllikdir, sevgidir.
Həzz etmədim firqədən, cəmiyyətdən,Zevq alamam hərbdən, siyasətdən,
Bir şey duymam fəlsəfədən, hikmətdən,Bənim ruhum gözəllikdir, sevgidir.
Gözəl sevimlidir, cəllad olsa da;Sevgi xoşdur, sonu fəryad olsa da;
Uğrunda bənliyim bərbad olsa da,Son dildarım gözəllikdir, sevgidir.
Gözəlsiz bir gülşən zindana bənzər,Sevgisiz bir başda əqrəblər gəzər,
Nə görsəm, hanki bəzmə etsəm güzər,Həp duyduğum gözəllikdir, sevgidir.