Söz Bulaq loqosu

Hüseyn Cavid

Ah... Yalnız sən!

XX əsrin şeirləri
Ruhum, ey aşinayi-əsrarım!Həp uzaq, bəzmi-vüslətindən uzaq,
Qürbət ellərdə təlxkam olaraq,Səni özlər də sızlayıb yanarım.
Gecə-gündüz həyati-müztəribim,Sənin alami-həsrətinlə sönər.
Fikrə gəldikcə həp keçən günlər,Daima çırpınıb durur qəlbim.
Səndən ayrıldığım zaman o gözəl,Tatlı, süzgün baqışların guya
Pək dərin bir sükut içində banaDemək istərdi: “Get, fəqət tez gəl!”
Öpüb əmdikcə tombul əllərini,Ruhum ağlardı, iştə sən o zaman
Oqudun gözlərimdə pürhəyəcanBir əsirin sönən əməllərini.
Sonra titrək, kəsik əda ilə sənYalınız - get, saqın unutma! - dedin.
Uça bilsən də şimdi bir gəlsən,Halımı seyr edib olurdun əmin.
İştə! Həp nevbahara nəşə verənQönçələr, nəğmələr, təbəssümlər,
Al şəfəqlər, nəsimi-şuxi-səhərBana biganə... ah... yalnız sən!