Şair
Hökumə Billuri
Janrlar lirik şeir
Həkimə Billuri (3 mart 1926, Zəncan – 22 noyabr 2000, Bakı) — Azərbaycan şairi, ədəbiyyatşünas, filolologiya elmləri namizədi (1963), Azərbaycan Respublikasının xalq şairi (1998), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1984). Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi olmuşdur. Həkimə İbrahim qızı Billuri 1926-cı il martın 3-də Zəncan şəhərində anadan olub. 1933-1943-cü illərdə Zəncanda "Azəri" qızlar məktəbində orta təhsil alıb, məktəbi bitirdikdən sonra isə elə orada dərs deməyə başlayıb. Azərbaycan Demokrat Firqəsinə üzv olub və "21 Azər" hərəkatına qoşulub.
Zəncan şəhərində çap olunan "Azər" qəzetində şeirləri çap olunub. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Hökumə Billuri də bu cəmiyyətin üzvü olub. 1958-ci il oktyabrın 14-də Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilib. 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1952-ci ildə Hökumə Billuri Şərq dünyasının söz, sənət, poeziya korifeylərindən olan Şəhriyara müraciətlə yazmışdı: Qoy zaman dolansın, sənsə belə qal!
Bu şairin şeirləri hələ əlavə edilməyib.