Tapun kim, canların cananəsidür,Bu aşiq can anun cana nəsidür?
Yüzü bir şəmi-candır, aləm-əfruz,Kim anun mehrü meh pərvanəsidür.
Rüxün nətində xalün baydaqınun,Qamu şahi-cəhan fərzanəsidür.
Bu cümlə zülfü canun zülfü xalun,Birisi damü, biri danəsidür.
Saçın məşşatəsinin dil olubdur,Necə getsün ki, hər dəm şanəsidür.
Qaşın mehrabi can ikən əcəb bu,Kim əhli-şirkin ol meyxanəsidür.
Saçı zəncirinün hər dəm Həbibi,Bu əqlü canü dil divanəsidür.
Zülali-ləlin içün olmayaq xak,Həvan oduna hər dəm yanəsidür.