Söz Bulaq loqosu

Həbibi

Məgər badi-səba zülfin ucundan key pərişandır

Qəzəllər
Məgər badi-səba zülfin ucundan key pərişandırKi, başü canü dil hər dəm ayaq altında rizandır.
Müfərrih ləlü yaqutun xəyali-fikrin edəldən,Bu cani-şirin, ey dilbər, əcəb diltəngü heyrandır.
Gözünlə zülfi-şəbrəngin görəldən canü dil hər dəm,Pərişanhalü aşiftə, nizarü zarü giryandır.
Qaşınla kirpigü zülfün, xəti-xalinlə həm ləlin,Oxuyan müshəfi-candan der ol ayati-Qurandır.
Məni rüsvayi-xəlq etsə əcəbmidir qəmi-eşqinKi, hər dəm navəki-qəmzən dilü can içrə pünhandır.
Qiyamət qamətin eynim görəldəndir rəvan, ey dust,Bəlayi-nagəhandır bu, kim ol aşubi-dövrandır.
Həbibi dərvişin şövqin görəldən, ey pəri peykər,Rəvan axıtdığı gözdən əqiqü ləlü mərcandır.