Könlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Bir dükənməz qarə sevdadir ki, ucu yox anınMən pərişan-xatirin başunda, ey can, saçların.
Gün yüzündür gərçi iymaniylə dini aşiqin,Mana yetər dünyada küfr ilə iman saçların.
Gər dü kövni bir qılına versələr min can ilə,Ey sənəm, billahi, vermə k-ola1 məccan saçların.
Üqdəsindən bir gireh çözərsə ərşin üstünə,Tutar Ayü Günəşin yüzünü yeksan saçların.
Qaliyəvü müşkü ənbər qıldı təblü ud, ney,Sərbəsər xaki-cəhani ənbərəfşan saçların.
İki kövnə bir qılı niycəsi olmasın mühit,Qurdu çün ərşül-əzim üstünə sayan saçların.
Dört kitabın müşkilini bu Həbibi etsə həl,Nola çünkim oldu ana nəqlü bürhan saçların.