Görəldən zülfi-ənbərbarın, ey dust,Pərişandır bu diləfgarın, ey dust.
Yaşarduqca ləbi-ləlində xəttin,Qızarır atəşi-rüxsarın, ey dust.
Nə şirin abu rəngü xalü xətdir,Şu ziba surəti-pərgarın, ey dust.
Bu gün mahiyyəti sənsən həqiqətBu həftü pəncü nöhlə çarın, ey dust.
Əcəb afətdürür cani-cəhanəO çeşmi-caduyi-əyyarın, ey dust.
Nə rövşən şəmsi-dinü mehri-cansanKi, tutdu aləmi ənvarın, ey dust.
Olubdur qərqi-ənvari-təcəllaHəbibi görəli didarın, ey dust.
Yüzün mahin görən mehrinə baxmazO çərxi-atlasi-dəvvarın, ey dust.