Söz Bulaq loqosu

Həbibi

Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən

Qəzəllər
Ey ağzı qönçə, çöhrəsi gül, xətləri səmən,Zülfi bənəfşə, hüsni çəmən, boyu yasəmən.
Sahib cəmalü əhli-kəmal, şəkkərin məqal,Yusif sifətli, İsa nəfəs, vəchidə Həsən.
Ey könlü səngü adəti cəng, xuyi həm pələng,Haz eyləyən, kirişmə qılan, aşiq öldürən.
Yox-yox, xəta dedim, qələt etdim, koc anladım,İşi vəfa və könlü səfa, aşiqin sevən.
Az eylə, ey Həbibi, şikayət ze cövri-dust,Dərdi-bəladən inciməsin aşiqəm deyən.