Söz Bulaq loqosu

Həbibi

Dil saçından oldu sevdayi mizac

Qəzəllər
Dil saçından oldu sevdayi mizac,Cana, şirin ləblərindən et əlac.
Eyni candır əllərindən zəhri-nab,Sənsiz abi-zindəgi milhi-ücac.
Ənbəri-sara saçından oldu xak,Nafeyi-Çin necəsi bula rəvac.
Hüsnünin razın necə saxlaya dil,Gizləmək mümkünmi misbahi zücac.
Cövhərindən xaki-pakin, ey sənəm,Erişən baş olmadı möhtaci-tac.
Bu Həbibi dünyəvü üqbadə bəsHəsrətindən qeyrə etməz ehtiyac.
Olmadan bu badü atəş xakimiz,Mahi-mehrinlə bulaydı imtizac.