Bir dəm salınsa çün ol sərvi-rəvan çəməndə,Gözüm edər həzaran abi-rəvan çəməndə.
Şövqinə gül yüzünün hər dəm həzar dastanEdüb bu bülbüli-can, eydür şu an çəməndə.
Zülfin görəli sünbül, gülgün yüzünü lalə,Hər dəmdə eklədərlər sevdavü qan çəməndə.
Buyi-saçundan erdi badi-bahara çün kim,Sərməstü dəngü heyran oldu dəvan çəməndə.
Vehyi-rəmim olanlar yöhyil-izam olurlar,Sən bir nəfəs urarsan ol dəm rəvan çəməndə.
Dövri-zaman içində görmədi bir bəşər heçSəncileyin pəri-rux, huri-cinan çəməndə.
Şol tiri-qamətini sərvi görürsə doğru,Qaşm kimə əgilür, olur kəman çəməndə.
Məşuqə eyni sənsən, ey eşq əri Həbibi,Gərçəksən aşiqanə ol canfəşan çəməndə.
Tut saqinin əlini, qoy başunu ayaqda,İç cami-eşqi, məst ol sən bu zaman çəməndə.