Söz Bulaq loqosu

Həbibi

Aşiqə məşuqinin cövrü səfası xoş gəlür

Qəzəllər
Aşiqə məşuqinin cövrü səfası xoş gəlür,İki aləmdən ana bir mərhəbası xoş gəlür.
Gözlərim dərdinə sürmə olmağiyçün dəmbədəmTutiyayi-cövhərindən xaki-payi xoş golür.
Ömri-baqi saçlarındır, badə vermə, ey sənəm,Görün ol ömri-əzizi, çün bəqası xoş gəlür.
Cümlə bu xəlqi-cəhanın qilü qalindən mənəEşigində itlərünün macərası xoş gəlür.
Sana, ey zahid, behiştü hurü rizvani, mənəOl büti-ziba nigarımın liqası xoş gəlür.
Bu Həbibinin duasın müstəcab et, ey sənəm,Çün kərəm əhlinə dainin duası xoş gəlür.