Söz Bulaq loqosu

Əli bəy Hüseynzadə

Hali-vətən

Şeirlər
Ucundadır dilimin,Həqiqətin böyüyü.
Nə qoydular deyəyim,Nə kəsdilər dilimi.
Bilirmisən cühəlaNə etdilər vatana?
Nə qoydular uyuya,Nə qoydular oyana.
Durur bila-hərəkət,Rəvamı bir diriyə?
Nə getmədə iləri,Nə dönmədə geriyə.
Ədu qırır qapıyı,Biz evdə bixəbəriz.
Nə başqa başqalarız,Nə ittihad edəriz.
Ayıltmadı qələmim.Şu türk ilə əcəmi.
Nə qoydular yazayım,Nə qırdılar qələmi.