Şair
Əhməd Cəmil
Janrlar lirik şeir
Əhməd Cəmil (əsl adı: Əhməd Səttar oğlu Cəmilzadə; 20 oktyabr 1913, İrəvan – 24 sentyabr 1977, Bakı) — Azərbaycan şairi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dövlət mükafatı laureatı (ölümündan sonra 1980). Cəmilzadə Əhməd Səttar oğlu 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır.
İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır. Orta məktəbin yeddinci sinfində oxuyarkən "Gözəl Qafqaz" adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir.
Onun şeirləri "Qızıl Gəncə", "Dağıstan füqərası", "Gənc bolşevik", "Hücum", "İnqilab və mədəniyyət" qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali pedaqoji institutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933–1936), sonra Gəncədə (1936–1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940–1942).
Bu şairin şeirləri hələ əlavə edilməyib.