Söz Bulaq loqosu

Əhməd Cavad

Yarlınqaç

XX əsrin şeirləri
Ala gözlü, qumral saçlı, altı-yeddi yaşında,İçin-için ağlayırdı bir qız soqat başında.
İnrəm işdi1, sızlamışdı, çıxmaz idi davuşuBir arliyi anladırdı bəni, bənizi, görünüşü.
Yaxa açıq, yalın ayaq, yürüncəksiz, yalanqaç,Ə1 açaraq ötənlərdən umar idi yarlınqaç.
Ona-buna yalınmaqdı5 gecə-gündüz vərdişi,Acımazdı o sevgili yavrucığa bir kişi.
Şu yavlağı1 görən kimi imləyici bir qadın,Göz yaşını sildi onun, sonra soruşdu adın.
Dedi: - Qızım, nerəlisən?Dedi: - Yuvam dağılmış,
Üç gün olar qamım acdır...- Atan-anan nə olmuş?
- Atam -anam vardı, məni ərkələrdi, istərdiIkisi də gözlərinin bəbəyi tək bəslərdi.
N ə etməli, keççən ayda töküldülər yağılar,Atamı da, anamı da göz önündə qırdılar.
- Kim lər idi qıldıqsızlar?- Böylə işi kim edər?
Yarlınqaçsız, qan içici, qurt yovsunlu kişilor!- Kimin, kim sən varmı, qızım?
- Tutan yoxdur əlimdən.Bir kimsəni tanımıram, ayrılmışam elimdon.
- Yatacağın nə yerdədir?- O ağacın altında!
Ağacınmı dedin?- Əvot, qaraqullar qoyarsa?
Uf! No acı gün keçirmiş bu sevgili göyorçin!Bir körpoyo yararmı ki, ağlasın için-için?!
- Monim qızım olarsanmı?- Saxlar isən olaram!
İstor isən ana deyib sənə höyür salaram!- Öylə isə, dur evimo, qızım, soni aparım.
- Evinəmi?- Əvət, soni bu qarqudan qurtarırn.
Gedək, qızım, gedək sənə yaxşı paltar alayım!Yernok verib ərkələyim, səno höyür salayım!