Məxməri ormanlarda çiçək dərdiyin yerdə,Baxarsan çiçəklər var açar kölgəliklərdə.
Bənzəməz bu çiçəklər qaynar, qanlı laləyə,Lalələr ki oxşayar qan dolu piyaləyə.
Bənzəməz bu çiçəklər günəşdən doymuş gülə,Onların ətirləri bəzən duyulmaz belə;
Ruhumu sərməst edən çiçəklər də gördüm mən,Onların sər tacı da qıvırcıq tel yasəmən.
Onlarda rəng də vardır, çoxu da tabaq-tabaq,Ancaq bu gün gördüyüm bu incə dallı zanbaq, -
Bir süzülüb gedincə satar yaşıl sərvə naz,Gül sərrafı olmayan bundan bir şey anlamaz.
Varsın, yanaqlarında çıxmasın qızğın günəş,Mənim küskün ruhuma, belə gözəllərdir əş;
Yetişmiş əfsanəli kölgələrin qoynunda,Bu qızdan çəkinməli qorxulu eşq yolunda.