Söz Bulaq loqosu

Əhməd Cavad

Gözünə döndüyüm

XX əsrin şeirləri
Uğurlu günlərindir,Yolların açıq, aydın.
Bu aydınlıq eşqiniDünyalara son yaydın!
Hey, nə gözəl boy atdın!On beşi dünən saydın.
Yollarda yaxşı-yaxşı,Gəz, gözünə döndüyüm!
Yolundan ənəlləri,Əz, gözünə döndüyüm!
Qüdrətinə heyrandırAləm əhli gerçəkdən,
On beş ildir seçilməzYapraqların ipəkdən.
Can dərmanı çıxarıbCan qoruyan çiçəkdən
Canan sevən ətirlərÇək, gözünə döndüyüm!
Tarlanı dönə-dönəÇək, gözünə döndüyüm!
Gör pesƏ tazələndiKöhnə yurdun baharı.
Yağışı can payladı,Dərman oldu saf qarı.
Sən qaldır gözləriniBundan daha yuxarı, -
Boşluqlarda bir körpüSal, gözünə döndüyüm!
Göylərdən doğru xəbərAl, gözünə döndüyüm!
Göylərdə ildırımlarQorxudan saldı haray;
Çayların dəniz oldu,Dənizlər kəsildi çay;
Baş əydi fərmanınaTopraqlar alay-alay, -
Deyildir gördüyün işAz, gözünə döndüyüm!
Mənzilə xeyli qalmış,Qaz, gözünə döndüyüm!
Könüllərdə yandırdınSehrli çırağını;
Nə umulmaz yerlərdir,Verirlər sorağını;
Daş dövrü yaşayanlarYolların irağını
H əsrətlə gözləyirlər,Bax gözünə döndüyüm!
Sən bir ümid nurusan,Çax, gözüno döndüyüm!
Beş-on il bundan ovvəlBir ilin sərt qışında;
Mon səni ilkin gördümM ilyonlar axışında;
Yolçular nur arardıİnamlı baxışında
O baxışın sirrini,Aç, gözünə döndüyüm!
O sirri dünyalaraSaç, gözünə döndüyüm!
Qoy hələ düşmənlərinLəzzət alsın talandan.
İlişib bac istəsinYolda, izdə qalandan.
Sən bir göz ağardıncaİrişsinlər yalandan, -
Sözünü şaxdan söyləŞırp, gözünə döndüyüm!
Yalan sözü yad başaÇırp, gözünə döndüyüm!
Qoy qapatsın göyləriBacadan çıxan duman,
Dostların aydın görür:- Kim yaxşıdır, kim yaman!
Fanar tutar yolunaTarixə düşmüş zaman, -
Köhnənin kəlləsinəVur, gözüno döndüyüm!
Görülməmiş bir dünyaQur, gözünə döndüyüm!