Söz Bulaq loqosu

Əhməd Cavad

Elin bayrağı.

XX əsrin şeirləri
Sən çıx bu minbərdən doğrunu söylə,Yalvarma kimsəyə Tanrıdan başqa!
Küskünsə taleyin, son ona küsmə,Dinlə qədir səsin, çalış-çabala!
Bu bəxtsiz millətin daddığı acı,Çalış əlac olsun, diriltsin onu!
Düşmən başındakı o zəfər tacı,Görsün ki, ər qəmin deyildir sonu
Qüruru cahandan, nuru haqdan alHidayət etməyə yol azanları!
Gəlməsin yardımsız qəlbinə həlal,Yardım: münavələr... sübh əzanları!
Təmiz al alnındakı tozu, torağı,Haqq üçün açdığın əllərinlə sil!
Qalxıb, bir də enməz elin bayrağı,O sənin, o mənim əlimdədir, bil!