Dərdli sinəndəki əski cığırlarİnsan izlərinə bənzər, a dağlar!
Bu ağır başlıca baxışın mənəQanlı əfsanələr söylər, a dağlar!
Oxunmaz olmuşdur daşlarda yazı,Lal olub qalmışdır aşiqin sazı…
Gedərdi dərdimin bəlkə bir azıSöylətsəydi səni bir ər, a dağlar!
Sinəndə hesabsız dastan düzülmüş,Çox ahlar çəkilmiş, gözlər süzülmüş.
Yollarda bir aşiq yaman üzülmüş,Dərdinə bir dərman istər, a dağlar!
Bir aşiq deyir ki: "Bilməm nədənsə,Aşarkən karvanlar bir dağı kəsə;
Oxuyurdu qızlar verib səs-səsə,Uzaqmı sürəcək səfər, a dağlar?!"
Eşitdim eskidən, bilmədim nerdə?Çöldə bir karvanın qonduğu yerdə
Tutularaq bir qız bir adsız dərdəAğlarmış hər axşam, səhər, a dağlar!
Nerdən biləyim ki, çıxarkən yola,Dedinmi onlara "Uğurlar ola!"
Sən söylə o coşqun türkə, moğola,Artıq qara günlər yetər, a dağlar!
Mən dinləyim böylə, gol nişan ver sən,Altun ordulardan, igid ərlərdən.
Karvanlar qonuğu kölgəliklərdənKimlər gəlmiş, keçmiş kimlər, a dağlar?!