Türküstan yelləri öpüb alnınıSöyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdənƏrməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,Kölgən dövlət quşu, qondu başıma!
İzn ver gözümdə coşan yaşıma -Dinlətsin dərdini aha, bayrağım!
Qayı Xan soyundan aldığın rəngi,Qucamış Elxanla, müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,Öpüm kölgən düşən mübarək yeri!
Allahın yıldızı, o gözəl pəri,Sığınmış qoynunda Aya, bayrağım!