Şair
Bəxtiyar Vahabzadə
Janrlar lirik şeir, vətən şeiri, poema
Bəxtiyar Mahmud oğlu Vahabzadə (16 avqust 1925, Şəki – 13 fevral 2009, Bakı) — Azərbaycan şairi, dramaturq və ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1945-ci ildən), Azərbaycan SSR xalq şairi (1984), filologiya elmləri doktoru (1964), professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (2000), SSRİ (1984) və Azərbaycan SSR dövlət mükafatları laureatı (1976). Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. 1934-cü ildə, 9 yaşı olduğunda onun ailəsi Bakıya köçmüşdür. Burada orta məktəbi qurtarandan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır (1942–1947).
Universitetin aspiranturasında saxlanmış, "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə "Ana və şəkil" adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O zamandan dövri-qədim mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. "Mənim dostlarım" adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır.
Məşhur əsərləri: Gülüstan
Bu şairin şeirləri hələ əlavə edilməyib.