Söz Bulaq loqosu

Şair

Balaş Azəroğlu

1921 (Bakı) – 2011 (Bakı) · Quzey Azərbaycan

Janrlar lirik şeir, poema

Balaş Azəroğlu

Balaş Azəroğlu və ya Balaş Abızadə (11 noyabr 1921, Bakı – 24 aprel 2011, Bakı) — Azərbaycan şairi, dramaturq, ədəbiyyatşünas və tərcüməçi. Azərbaycan SSR xalq şairi və 21 Azər hərəkatının iştirakçısı. Azərbaycan Milli Hökuməti dövründə Azərbaycan Milli Məclisinin deputatı, "Cövdət" qəzetinin redaktoru, Azərbaycan Dövlət Radio Verilişləri Komitəsinin sədr müavini və "Yazıçılar və şairlər cəmiyyəti"nin idarə heyətinin üzvü olub. Müxtəlif illərdə "Azərbaycan Yazıçılar Cəmiyyəti"nin sədri, "Azərbaycan" qəzetinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Yazıçılar Birliyində Cənubi Azərbaycan ədəbiyyatı üzrə baş müşavir olub.

Əsərləri ingilis, rus, fars, özbək, fransız, gürcü, ukrayn və latış dillərinə tərcümə olunub. Fəaliyyətinə görə iki dəfə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət"ordenləri ilə, "21 Azər", "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif olunub. Balaş Allahbaxış oğlu Abızadə 1921-ci il noyabrın 11-də Bakıda anadan olub. Orta təhsilini Bakıda 21 saylı məktəbdə alıb.

Bu şairin şeirləri hələ əlavə edilməyib.